Moskvada Novruz münasibətilə şənlik keçiriləcək

Moskvada Novruz münasibətilə şənlik keçiriləcək
  22 Mart 2024    Oxunub:875
Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTSN) "Azərbaycan" pavilyonunda Novruz bayramı münasibətilə şənlik keçiriləcək.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, XTNS-in qonaqları Azərbaycan qonaqpərvərliyinin zəngin dünyasına qərq ola, qədim bayramın mərasim və ənənələrinin sirlərini təsvir edən ekskursiyaya qoşula, bayram günlərində süfrəyə düzülən milli şirniyyatların bəzədilməsi üzrə ustad dərslərində iştirak edə biləcəklər.

Pavilyona gələnlərin yallı oynamaq, gənc ifaçıların mahnılarını dinləmək, yarış və viktorinalarda öz bəxtlərini sınamaq, pavilyonun ticarət zalında milli şirniyyatlarla ətirli Azərbaycan çayından həzz almaq üçün unikal fürsətləri olacaq.

Eyni zamanda, "Azərbaycan" pavilyonu Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi üzrə Dövlət Agentliyi (AZPROMO) ilə birlikdə qonaqlar üçün respublikada istehsal olunan milli məhsulların dequstasiyasını təşkil edəcək.

Pavilyonun ticarət zalında qurudulmuş meyvə və şirniyyat istehsalı üzrə ən yaxşı müəssisələrin məhsullarının nümunələri təqdim olunacaq. Qonaqlar ənənəvi Azərbaycan çayından, mövsümi meyvə kompotlarından, habelə Şamaxı şəhərinin qərb hissəsinin məşhur bağlarından dərilmiş üzümdən çəkilmiş orqanik şərabdan dada biləcəklər.

AzVision.az


Teqlər: Moskva   Novruz   şənlik  





Xəbər lenti