Liviyada kütləvi mühacir məzarı aşkarlanıb - FOTOLAR

   Liviyada kütləvi mühacir məzarı aşkarlanıb -    FOTOLAR
  22 Mart 2024    Oxunub:845
Liviyanın paytaxtı Tripolinin cənub-şərqində yerləşən Əl-Şüveyrif qəsəbəsində kütləvi məzarda 65 qeyri-qanuni miqrantın cəsədi tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə Liviya Daxili İşlər Nazirliyinin Cinayət Təhqiqatı İdarəsi bildirib.

Şəxsiyyəti naməlum cəsədlərdən DNT nümunələri götürülüb.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) faktla bağlı bəyanat yayaraq, narahatlığını diqqətə çatdırıb. Bu kimi hadisələrin: insanların qanunsuz miqrasiyaya məcbur qalmasının, səyahət əsnasında yararsız şərait səbəbi ilə yüzlərlə miqrantın həyatını itirməsinin qanuni miqrasiyaya qoyulan məhdudiyyətlərdən irəli gəldiyi vurğulanıb.

Yeri gəlmişkən, təşkilatının İtkin Miqrantlar Proqramına görə, ötən il Aralıq dənizi regionunda təqribən 3 min 200 qeyri-qanuni miqrant ölüb, yaxud itkin düşüb.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: Liviya   miqrasiya   qanunsuz-miqrantlar  





Xəbər lenti