Betonqarışdıran məktəbli avtobusu ilə toqquşub: ölən və yaralananlar var

Betonqarışdıran məktəbli avtobusu ilə toqquşub:    ölən və yaralananlar var
  23 Mart 2024    Oxunub:767
ABŞ-nin Texas ştatında məktəbli avtobusu və betonqarışdıran maşının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində biri uşaq olmaqla iki nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə “Associated Press” yerli orqanlara istinadən bildirib.

Məlumata görə, hadisədə avtobusdakı uşaq və avtobusun ardınca hərəkət edən avtomobildə olduğu güman edilən kişi ölüb. Bundan başqa, yol qəzasında 51 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.

Agentliyin məlumatına görə, betondaşıyan 44 uşaq və 11 böyüyü daşıyan avtobusa çırpılıb. Avtobus uşaqların ekskursiyaya aparıldığı zooparkdan qayıdırmış.
AzVision.az



Teqlər:





Xəbər lenti