Medvedev Moskvadakı terrorun Kiyevin törətməsinə işarə etdi

Medvedev Moskvadakı terrorun Kiyevin törətməsinə işarə etdi
  23 Mart 2024    Oxunub:1157
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moskva vilayətindəki konsert zalında baş vermiş terror aktında Ukraynanın da əli ola biləcəyinə işarə edərək onların “amansızca məhv edilməsinə” çağırış edib.
AzVision.az xəbər verir ki, bu barədə sabiq prezident teleqramda yazıb.

“Terrorçuların başa düşdüyü ancaq cavab terrorudur”, – Medvedev vurğulayıb. Onun sözlərinə görə, “heç bir məhkəmə və təhqiqat kömək etməyəcək”. Siyasətçi terrorçulara qarşı “total edam”, ailələrinin isə repressiya olunmasını təklif edir.

Eyni zamanda, Medvedev ölkəsinin müharibə apardığı Ukraynadan da yan keçməyib: “Əgər onların Kiyev rejiminin terrorçuları olduğu müəyyən edilərsə, onların hamısı tapılmalı və terrorçu kimi amansızca məhv edilməlidir. O cümlədən bu cür vəhşiliyə yol verən rəsmi şəxslər də”.
AzVision.az





Teqlər:





Xəbər lenti