Əli Əsədov Mişustinə başsağlığı verib

Əli Əsədov Mişustinə başsağlığı verib
  23 Mart 2024    Oxunub:851
Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinə ötən gecə “Krokus siti holl”da törədilən terror aktı ilə bağlı başsağlığı verib.
Nazirlər Kabinetindən AzVision.az -a verilən məlumata görə, Ə.Əsədov baş verən hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olması xəbərindən kədərləndiyini bildirib.

Ə.Əsədov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.
AzVision.az



Teqlər:





Xəbər lenti