Tacikistan XİN: "Moskva terrorunda vətəndaşlarımızın iştirakı xəbəri saxtadır"

   Tacikistan XİN:   "Moskva terrorunda vətəndaşlarımızın iştirakı xəbəri saxtadır"
  23 Mart 2024    Oxunub:817
Moskva vilayətində "Crocus City Hall"da törədilən terror aktında Tacikistan vətəndaşlarının iştirakı ilə bağlı məlumatlar saxtadır.
AzVision.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Tacikistan Rusiya hakimiyyət orqanlarından respublika vətəndaşlarının Moskva vilayətində törədilmiş terror aktında iştirakı barədə məlumat almayıb.

Xatırladaq ki, ötən axşam Moskvadakı "Crocus City Hall"da terror aktı baş verib. Hadisə nəticəsində 80-dən çox adam ölüb. Hadisə ilə əlaqədər 2 nəfər şübhəli saxlanılıb. Onların Tacikistan vətəndaşı olduqları bildirilib.
AzVision.az



Teqlər:





Xəbər lenti