Moskvadakı terrora görə 11 şübhəli saxlanılıb

   Moskvadakı terrora görə 11 şübhəli saxlanılıb
  23 Mart 2024    Oxunub:906
Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall”a hücumda şübhəli bilinən 11 nəfər saxlanılıb.
AzVision.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəisi prezident Aleksandr Bortnikov Vladimir Putinə terror aktı barədə məlumat verib. Saxlanılanların 4-ü terrorçudur.

Bortnikov prezidenti terror aktını törədənlərin ortaq bazasının müəyyən edilməsi üzrə görülən işlər barədə məlumatlandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti