Moskvadakı terrorda ölən 41 nəfərin kimliyi məlum olub - FOTO

 Moskvadakı terrorda ölən 41 nəfərin kimliyi məlum olub -  FOTO
  23 Mart 2024    Oxunub:1120
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall"da törədilən terror aktında ölən 41 nəfərin adı açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, dün "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən terror aktında iştirak edən 11 nəfər, o cümlədən 4 terrorçu saxlanılıb.

Terror aktında ölənlərin sayı 93 nəfərə çatıb, 100 nəfər yaralanıb.



AzVision.az


Teqlər:





Xəbər lenti