Sergey Narışkin: `Biz istəyirik ki, sülh olsun`

Sergey Narışkin: `Biz istəyirik ki, sülh olsun`
  29 İyun 2014    Oxunub:922
Yalnız səmimi və açıq dialoq Ukraynadakı vəziyyəti sabitləşdirəcək.
Bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Bakıda ATƏT Parlament Assambleyasının (PA) 23-cü yay sessiyası çərçivəsində keçirilən plenar iclasda deyib.

S.Narışkin qeyd edib ki, bütün bəlaların səbəbini Rusiyanın üstünə yıxmaqla münaqişənin, problemin sülh yolu ilə həllinə nail olmaq mümkün deyil: "Nəzərə alaq ki, bu, yeni başlayan problemdir. Amma Rusiyanı səs hüququndan məhrum etməklə siz bəzi cəzaverici tədbirlərin aktivləşməsinə səbəb oldunuz".

Onun sözlərinə görə, Ukrayna ərazisinə Rusiya ordusunun müdaxiləsi qərarını ləğv etməsi Moskvanın sülh danışıqlarına maraqlı olmasını bir daha sübut etdi.

S.Narışkin Qərbi danışıqlardan çox Rusiyanı kəskin addımlar atmağa vadar etməkdə ittiham edib: "Bizim bir sıra diplomatlarımızı, o cümlədən məni də "qara siyahı"ya salıblar. Nəyə görə? Ona görə ki, bir milyondan çox krımlının səsinə səs verib onları, tarixi torpaqlarımızdakı soydaşlarımızı qanlı qırğından xilas etdik? Amma ABŞ və Avropa heç soydaşları olmayan, onlara qonşu olmayan, məsələn, ərəb ölkələrində xalqlara kömək adı ilə qoşun yeridirlər. Nəticələr isə göz qabağındadır. Biz isə qonşuluğumuzda, tarixi torpaqlarımızda elə qırğınların təkrarlanması üçün ABŞ-a və Qərbə imkan verə bilmərik. Biz istəyirik ki, sülh olsun. Avropa həqiqi Avropa olsun".

Sergey Narışkin jurnalistlərə açıqlamasında isə bildirib ki, Rusiya Ukraynanın yeni Prezidenti Pyotr Poroşenkonun böhranın həlli ilə bağlı səylərini alqışlayır.

Onun sözlərinə görə, Rusiya da böhranın həllini istəyir, atdığı addımlar da buna hesablanıb: "Biz həqiqətən tezliklə Ukraynada sülhün bərqərar olmasını istəyirik, ora bizim üçün yad deyil, bizim qardaşlarımızın torpaqlarıdır. Artıq Ukraynanın şərqində yaşayan xalq da bu gərginlikdən yorulub, onların hüquqlarını bərpa etmək lazımdır".

S.Narışkin deyib ki, avropalılar da vəziyyəti başa düşüb səmimi olmalı, Ukraynadakı vəziyyətin düzəlməsi üçün real addımlar atmalıdırlar: "Təklif etmişik ki, beynəlxalq bir qrup yaradılsın. Bu qrupun vasitəsilə Ukraynadakı böhrana son qoyaq. İndi bu təklifə cavab gözləyirik"./trend/


Teqlər:





Xəbər lenti