Harri və Meqan Markl Keyt Middltona dəstək məktubu göndərdi

Harri və Meqan Markl Keyt Middltona dəstək məktubu göndərdi
  23 Mart 2024    Oxunub:756
Şahzadə Harri və Meqan Markl, xərçəng olduğunu öyrəndikdən bir neçə saat sonra Keyt Middltona dəstək məktubu göndəriblər.
Bu barədə “Page Six” məlumat yayıb. Sasseks hersoqu və hersoginyasının məktubunda deyilir: “Keyt və ailəsinə cansağlığı və şəfa diləyirik. Ümid edirik ki, onlar bunu tezliklə və rahat şəkildə əldə edə biləcəklər”.

Martın 22-də Uels şahzadəsi Keyt Middleton niyə ictimaiyyət arasına çıxmadığını rəsmən açıqlayıb. Qeyd olunub ki, Keyt Middletonda yanvar ayında qarın əməliyyatından sonra edilən testlər zamanı xərçəng aşkar edilib.

Yanvarın 16-da Keyt Middlton London klinikalarından birinə yerləşdirilib. Elə həmin gün əməliyyat olunub. Mənbə bildirib ki, Şahzadə Uilyamın həyat yoldaşı evdə sağalmağa hazırlaşır. O, yaxın vaxtlarda rəsmi tədbirlərdə iştirak etməyəcək. Ehtimal olunur ki, Keyt Middlton vəzifəsinə martın 31-də qeyd olunacaq Pasxa bayramından tez qayıdacaq.


AzVision.az


Teqlər:





Xəbər lenti