Ceyhun Bayramov terrora görə Lavrova zəng etdi

   Ceyhun Bayramov terrora görə Lavrova zəng etdi
  23 Mart 2024    Oxunub:1138
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıb.
Bu barədə AzVision.az -a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı nazir Ceyhun Bayramov 22 mart tarixində Moskva şəhərində yerləşən Crocus City Hall mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli terror aktı ilə əlaqədar dərin kədər hissi keçirdiyini bildirib.

Nazir həyatını itirənlərin ailələrinə və yaxınlarına, Rusiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verib və yaralananlara tezliklə şəfa diləyib.

Qeyd olunub ki, Azərbaycan terrorizmdən əziyyət çəkən dövlət kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.

AzVision.az



Teqlər:





Xəbər lenti