Kakao paxlasının qiyməti rekord həddə bahalaşıb

Kakao paxlasının qiyməti rekord həddə bahalaşıb
  23 Mart 2024    Oxunub:997
Kakao paxlasının dünya qiymətləri yeni rekorda imza ataraq bir ton üçün 8900 dolları ötüb.
Bunu ICE Futures birjasının məlumatları sübut edir. Cümə günü kakao paxlasının may fyuçersləri bir ton üçün 8939 dollar səviyyəsində bağlanıb. İlin əvvəlindən kotirovkalar iki dəfədən çox, son həftədə isə 11,5% artıb.

Qərbi Afrikada məhsul narahatlığı səbəbindən xammal xərcləri əhəmiyyətli dərəcədə artıb. Bölgədə quru hava və El Nino iqlim fenomeninin səbəb olduğu meşə yanğınları yaşanır. Bu arada, kakao paxlasına qlobal tələbat yüksək olaraq qalmaqda davam edir.


AzVision.az


Teqlər:





Xəbər lenti