Vasif Talıbov göstərişlər verdi

Vasif Talıbov göstərişlər verdi
  29 İyun 2014    Oxunub:1026
Bu gün dördüncü çağırış Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin doqquzuncu sessiyası keçirilib.
AzVision.az xəbər verir ki, sessiyada MR Ali Məclisinin sədri Vasif Talıbov çıxış edib. O bildirib ki, hesablaşmalar zamanı ödənişlərin nağdsız aparılmasına üstünlük verilməli, ticarət və xidmət obyektlərində quraşdırılan POS-terminallardan səmərəli istifadə olunmalı, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Vergilər Nazirliyi dövriyyədə olan nağd pul kütləsinin azalması üçün tədbirlər görməli, POS-terminallardan istifadə ilə bağlı əhali arasında təbliğat xarakterli tədbirlər gücləndirilməlidir: “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi muxtar respublikada telekommunikasiya və poçt xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, rəqəmsal televiziya yayımının və simsiz internetin əhatə dairəsinin genişləndirilməsi, aidiyyəti orqanlarla birlikdə “Elektron hökumət” portalında təklif olunan elektron xidmətlərin işlək olması üçün səylərini daha da artırmalıdır.

Tikinti-abadlıq işləri keyfiyyətlə aparılmalıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı təsirli tədbirlər görməli, müasir və qədim memarlıq elementlərindən istifadə edilməli, inşaat işlərində daha çox keyfiyyətli yerli tikinti materiallarına üstünlük verilməlidir. Su, kanalizasiya, yol, rabitə, elektrik və qaz çəkilişi ilə məşğul olan təşkilatların fəaliyyətində əlaqələndirmə və ardıcıllıq təmin edilməli, izafi xərclərə yol verilməsinin qarşısı alınmalıdır”.


Teqlər:





Xəbər lenti