Bakıda beynəlxalq boks turniri keçiriləcək
![Bakıda beynəlxalq boks turniri keçiriləcək Bakıda beynəlxalq boks turniri keçiriləcək](https://azvision.az/photos/2024/03/1489422767344667646_1200x630-1711200456.jpg)
Bakı Boks Mərkəzində təşkil olunacaq turnirdə Azərbaycan, Özbəkistan, Rusiya, Polşa, Qazaxıstan, Qırğızıstan, Tacikistan, İran, İtaliya, Pakistan və Macarıstan yığmaları güclərini sınacaqlar.
Kişi boksçular 13, qadınlar isə 5 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.
121 idmançının qatılacağı turnirin açılış mərasimi saat 13:30-da olacaq. Yarım saat sonra isə döyüşlər başlayacaq. Yarışa martın 28-də yekun vurulacaq.
Yığmamız "Böyük İpək Yolu"na 34 kişi, 9 qadın boksçu ilə qatılacaq.
Turnirin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlı olacaq. Yarışa gələcək komandaların heyətində beynəlxalq dərəcəli referilər də yer alacaqlar.
AzVision.az
Teqlər: idman boks turnir Bakı