Braziliya və Çili 1/8 finalda- YENİLƏNİB

Braziliya və Çili 1/8 finalda- YENİLƏNİB
  29 İyun 2014    Oxunub:1326
1/8 final mərhələsinin ilk matçı start götürüb.
AzVision.az xəbər verir ki, Braziliyada keçirilən dünya çempionatında qrup mərhələsinin finalında Braziliya Çili ilə qarşılaşır. Bu matçdan sonra 1/4 finalın ilk iştirakçısı bəlli olacaq.

***

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə keçiriləcək iki oyunla 1/4 finalçılardan ikisinin adına aydınlıq gələcək.

İlk olaraq meydana Braziliya və Çili komandaları çıxıb. Bakı vaxtı ilə saat 21:00-da başlayan oyunda artıq ilk qol vurulub və az sonda Çili cavab qolu vurub. Hazırda hesab 1-1-dir. Qolları 17-ci dəqiqədə Luis və 33-cü dəqiqədə Samçes vurub.

Qeyd edək ki, komandalar oyuna aşağıdakı tərkibdə çıxıb:

Braziliya: Julio Sezar, Daniel Alveş, Tiaqo Silva, David Luiz, Marselo, Fernandinyo, Oskar, Luis Qustavo, Halk, Fred, Neymar

Çili: Klaudio Bravo, Euqenio Mena, Maurisio İsla, Fransisko Silva, Aleksis Sançes, Eduardo Varqas, Arturo Vidal, Qari Medel, Qonzalo Xara, Karles Aranqis, Marselo Dias

Digər oyunda isə Kolumbiya Uruqvayla üz-üzə gələcək. Bu görüş isə Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.

***

Braziliya - Çili oyununun əsas vaxtı başa çatdı. Braziliya - Çili - 1:1.


Teqlər:  





Xəbər lenti