Terrorda günahlandırılanlar məhkəməyə gətirildilər - Video

   Terrorda günahlandırılanlar məhkəməyə gətirildilər -    Video
  25 Mart 2024    Oxunub:1499
Rusiya İstintaq Komitəsi 137 nəfərin öldüyü "Crocus City Hall" konsert zalına hücumun iştirakçısı olduğu iddia edilən iki nəfəri terror aktında ittiham edib.
Raçabalizoda Saidakrami Murodali və Mirzoev Dalerjon Barotoviç Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi (bir qrup şəxs tərəfindən insan ölümünə səbəb olan terror aktı) ilə ittiham olunurlar.

Hər iki təqsirləndirilən şəxs xüsusi təyinatlılarının müşayiəti ilə məhkəməyə gətirilib. TASS-ın verdiyi məlumata görə, onlardan biri Tacikistan vətəndaşıdır.

İstintaq sirrini qorumaq və prosesin təhlükəsizliyini təmin etmək üçün işə bağlı qapılar arxasında baxılacaq.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti