Rəsmi qarşılanma mərasimi baş nazir Nikol Paşinyanın gürcü həmkarını qəbul edəcəyi Ermənistan hökumətinin iqamətgahında baş tutacaq. Kobaxidze və Paşinyan təkbətək, həmçinin geniş tərkibdə görüşəcək, bundan sonra Gürcüstan və Ermənistanın baş nazirləri mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.
Rəsmi səfər çərçivəsində Kobaxidze Ermənistan prezidenti Vaaqn Xaçaturyanla da görüşəcək.
Qeyd edək ki, İrakli Kobaxidze daha öncə martın 16-da Azərbaycana rəsmi səfərə gəlmişdi.
Şahanə Rəhimli
AzVision.az