Bakıda hoteldə yanğın olub, 25 nəfər təxliyə edilib - Yenilənib

   Bakıda hoteldə yanğın olub,  25 nəfər təxliyə edilib  - Yenilənib
  25 Mart 2024    Oxunub:986
Bakının Səbail rayonunda baş verən yanğın zamanı 25 nəfər təxliyə edilib.
Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Səbail rayonunun Qəsr küçəsində yerləşən və hər mərtəbəsi 750 m² olan dördmərtəbəli hotel binasının ikinci mərtəbəsində sahəsi 9 m² olan saunanın yanar konstruksiyaları yanıb. Yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Binanın qalan hissəsi yanğından muhafizə olunub. Yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

***
Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.

Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail rayonunun Qəsr küçəsində qeydə alınan yanğını FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qısa müddətdə söndürüblər.

***
Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində hoteldə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.
AzVision.az


Teqlər:





Xəbər lenti