İran və Rusiya Ömər Xəyyam haqqında birgə film çəkəcək

   İran və Rusiya Ömər Xəyyam haqqında birgə film çəkəcək
  25 Mart 2024    Oxunub:622
İran Rusiya ilə birlikdə filosof və şair Ömər Xəyyam haqqında tammetrajlı film çəkmək istəyir. Bu barədə TASS yazır.
“Biz İranda çox hörmət edilən və Rusiyada yaxşı tanınan bir şəxsiyyət haqqında birgə film çəkməyi müzakirə edirik. Bu, şair, riyaziyyatçı, alim, filosof və müdrik Ömər Xəyyamdır. Ümid edirik ki, Rusiyadan olan həmkarlarımızın köməyi ilə bu layihəni tez bir zamanda həyata keçirə biləcəyik”,- İranın Rusiyadakı səfirliyinin mədəniyyət nümayəndəliyinin rəhbəri Məsud Əhmədvan bildirib.

O qeyd edib ki, layihənin çəkilişləri təkcə Rusiyada deyil, həm də İranda - şairin doğulduğu Nişapurda, həyatının və yaradıcılığının böyük hissəsinin keçdiyi İsfahanda planlaşdırılır.

Əhmədvan vurğulayıb ki, iki ölkənin prodüser və rejissorları filmə maraq göstərdiyindən qarşıdakı layihədə məşhur rus və iranlı aktyorlar oynayacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti