ABŞ prezidentinin müşavirinin evinə peyin atdılar

   ABŞ prezidentinin müşavirinin    evinə peyin atdılar
  27 Mart 2024    Oxunub:905
Naməlum şəxs ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın evinə peyin atıb. Polis işə müdaxilə edib.
Bu barədə “Fox News” telekanalı hüquq-mühafizə orqanlarının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Hadisə martın 25-də baş verib. Mətbuatda yayılan məlumata görə, şəxsiyyəti hələlik müəyyən edilməmiş cinayətkar avtomobillə keçərkən Sallivanın evinə doğru peyin atıb. Hadisə yerinə dərhal polisin minalardan təmizləmə qrupu gəlib.

Daha sonra Gizli Xidmətin sözçüsü Entoni Quqlielmi telekanala bildirib ki, Sallivanın evində partlayıcı əşyalar tapılmayıb. Hazırda polis şübhəli şəxsi axtarır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti