İsveçin xarici işlər naziri NATO-nu tənqid edib

   İsveçin xarici işlər naziri NATO-nu tənqid edib
  27 Mart 2024    Oxunub:904
İsveçin xarici işlər naziri Tobias Billström NATO-nu Ukraynaya kifayət qədər yardım etmədiyinə görə tənqid edib və həmçinin Moskva üçün daha çox çətinlik yaratmağa çağırıb.
Onun sözlərini Euractiv sitat gətirib. O vurğulayıb ki, Şimali Atlantika Alyansı Ukrayna üçün kifayət qədər iş görmür. Billström qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri praktiki olaraq hər şeyə ehtiyac duyur.

İsveçli nazirin sözlərinə görə, Kiyevin daha çox hərbi texnika və sursatla təmin edilməsi alyans ölkələrinin sənaye potensialı ilə deyil, siyasi rəhbərlik və siyasi iradə ilə bağlıdır: “Biz Rusiya üçün daha çox strateji çətinliklər yaratmalıyıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti