Baza: "Moskvadakı terrorda 100-ə yaxın şəxs itkin düşüb"

      Baza:    "Moskvadakı terrorda 100-ə yaxın şəxs itkin düşüb"
  27 Mart 2024    Oxunub:725
Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da baş verən terror aktından sonra 95 nəfər itkin düşüb.
AzVision.az xəbır verir ki, bu barədə "Baza Telegram" kanalı məlumat yayıb.

Siyahılar yaxınlarının müraciəti əsasında əməliyyat xidmətlərinin əməkdaşları tərəfindən tərtib edilib.

Bu siyahılara qohumları terror aktından sonra əlaqə saxlaya bilməyən, lakin xəsarət alanlar və ölənlər siyahısında olmayan şəxslər daxildir. Ölənlər arasında hələ də şəxsiyyəti müəyyən edilməyənlər də var.

Eyni zamanda, siyahıdakı şəxslərin bəzilərinin sağ olması və sadəcə olaraq nədənsə əlaqə saxlamaması ehtimalı da irəli sürülüb.

Qeyd edək ki, martın 22-də axşam saatlarında "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Son məlumata görə, tamaşaçılara açılan atəş zamanı 140 nəfər ölüb.

AzVision.az


Teqlər:





Xəbər lenti