Hakimi təhqir etdiyinə görə 1 illik futboldan uzaqlaşdırıldı

   Hakimi təhqir etdiyinə görə 1 illik futboldan uzaqlaşdırıldı
  27 Mart 2024    Oxunub:1146
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
AzVision.az qurumun saytına istinadən xəbər verir ki, iclasda U-13 liqasındakı qayda pozuntuları ilə əlaqədar da qərarlar qəbul olunub. Gəncənin "Azəri" klubunun U-13 komandasının baş məşqçisi Elşən Əliyev 1 il müddətində futboldan kənarlaşdırılıb.

AFFA-nın yaydığı məlumatda bildirilib ki, martın 17-də AFFA U-13 Liqasında keçirilən “Turan Tovuz” FK – “Azəri” (Gəncə) oyununun 15-ci dəqiqəsində “Azəri” (Gəncə) komandasının baş məşqçisi Elşən Əliyev baş hakimi təhqir etdiyinə, şərəf və ləyaqətini alçaltdığına, onu vurmağa cəhd etdiyinə belə qərar çıxarılıb.

Bu hərəkətə görə oyun yarımçıq dayandırıldığı üçün “Azəri” komandasına 0:3 hesablı texniki məğlubiyyət də verilib.

AzVision.az




Teqlər:





Xəbər lenti