Şəmkirdə yeniyetmə bıçaqlanıb

   Şəmkirdə yeniyetmə bıçaqlanıb
  27 Mart 2024    Oxunub:1101
Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

7-ci sinif şagirdi, 2010-cu il təvəllüdlü M.Qasımov bıçaq xəsarəti ilə Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

O daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Yaxınlarının dediyinə görə, hadisə M.Qasımov məktəbdən qayıdan zaman baş verib.

Onu tanımadığı şəxs bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: hadisə   cinayət  





Xəbər lenti