Avtobuslarda kart sistemi sınaqdan keçirilir

Avtobuslarda kart sistemi sınaqdan keçirilir
  17 Aprel 2013    Oxunub:1349
500 avtobusda kart sistemi olacaq
Avtobuslarda kart sisteminin quraşdırılması üçün işləri gedir və bir neçə avtobusda bu sınaqdan keçirilir”. Bunu Azvision.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov deyib.

Nazirlik rəsmisi bildirib ki, avtobuslara baxış keçirilib və 500 avtobus dəqiqləşdirilib ki, ilkin olaraq onlara kart sistemi quraşdırılacaq.
“Ümumiyyətlə avtobuslarda kart sistemi may ayından başlayaraq tətbiq olunacaq”.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirmişdi ki, mayın sonunadək Bakıda ilk 100 avtobusda vahid kart sistemi tətbiq ediləcək. Bu il ərzində vahid kart sisteminin tətbiq ediləcəyi avtobusların sayının 1000-ə çatdırılması nəzərdə tutulub. 2015-ci ildə keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına kimi bu sistem tamamilə başa çatdırılacaq və vətəndaşların istifadəsinə veriləcək.

Anar



Teqlər:  





Xəbər lenti