BMT-də həmyerlimizə yüksək vəzifə verilib

   BMT-də həmyerlimizə yüksək vəzifə verilib
  28 Mart 2024    Oxunub:801
BMT Baş katibi Antoniu Quterreş azərbaycanlı diplomat Rəsul Bağırovu təşkilatın Belarusdakı rezident əlaqələndiricisi vəzifəsinə təyin edib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bildirib.

Onun sözlərinə görə, Belarus hökumətinin razılığı alınıb və R.Bağırov martın 30-da yeni vəzifəsinin icrasına başlayacaq.

Diplomat əvvəllər Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatı Baş direktorunun ofisində ölkə strategiyası və dəstək bölməsinin rəhbəri vəzifəsində çalışıb.

AzVision.az


Teqlər: BMT   Azərbaycan   təyinat  





Xəbər lenti