Rəisi "İslam Cihadı"nın liderini qəbul edib

   Rəisi "İslam Cihadı"nın liderini qəbul edib
  28 Mart 2024    Oxunub:1298
İran Prezidenti İbrahim Rəisi "Fələstin İslam Cihadı"nın baş katibi Ziyad Ən-Nəxalə ilə görüş keçirib.
AzVision.az xəbər verir ki, bu barədə İran Prezidentinin rəsmi saytından bildirilib.

Görüş zamanı Rəisi islam ölkələrini Fələstin xalqına qarşı "laqeydlik"də təqsirləndirib.

"Hərçənd Qəzza xalqı oturub bəzi islam ölkələrinin dəstəyini gözləmədi. Guya insan haqlarını dəstəkləyən beynəlxalq təşkilatların faydasızlığını sübuta yetirib, ədalətsiz qlobal nizama meydan oxudu", - o deyib.

Ən-Nəxalə isə, öz növbəsində, "fələstinlilərin öz müqavimətləri ilə düşməni və onun müttəfiqlərini təəccübləndirdiklərini" dilə gətirib.

"(İranın rəhbərliyi altında - red.) Müqavimət Oxunun dəstəyi Qəzza xalqına, döyüşçülərinə ümid və mesaj verdi ki, düşmənlə mübarizədə tək deyil", - "İslam Cihadı"nın lideri vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   prezident   İslam-Cihadı   Qəzza   görüş  





Xəbər lenti