Olimpiya çempionu dələduzluğa görə saxlanıldı

Olimpiya çempionu  dələduzluğa görə saxlanıldı
  29 Mart 2024    Oxunub:1176
"Novosibirsk" Futbol Klubunun keçmiş baş direktoru, qaçış üzrə olimpiya çempionu Andrey Perlov dələduzluqda şübhəli bilinərək saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Perlov artıq saxlanılıb və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə bu gün günortadan sonra baxılacaq. Qərarı Mərkəzi Rayon Məhkəməsi verəcək”, - məlumatda deyilir.

Qeyd edilir ki, qalmaqallı həbs Novosibirskdə baş tutub. Perlovun cinayət işi klubun Novosibirsk vilayətində mədəniyyət və idmanın inkişafı üzrə regional proqram çərçivəsində aldığı subsidiya vəsaitlərinin oğurlanması ilə bağlıdır. Mənbə qeyd edib ki, ittiham Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (Dələduzluq) üzrə irəli sürülüb. Maliyyə oğurluğu bir neçə milyon rublla qiymətləndirilir.

Qeyd edək ki, Perlov SSRİ-nin Əməkdar İdman Ustası (1990), 50 km məsafəyə yürüş üzrə 1992-ci il Olimpiya Oyunlarının çempionu, Dünya Kubokunun komanda yarışının iki dəfə qalibi (1987, 1989), 20 və 50 kilometrə yürüş üzrə altıqat SSRİ çempionudur (1990, 1989,1984, 1985, 1989).

Perlov 2020-2022-ci illərdə Novosibirsk futbol klubunda çalışıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Dələduzluq  





Xəbər lenti