"Cəhdlə çalışırlar ki, kaş terror Azərbaycanda da olardı" - Siyavuş Novruzov

   "Cəhdlə çalışırlar ki, kaş terror Azərbaycanda da olardı" -    Siyavuş Novruzov
  29 Mart 2024    Oxunub:697
“Əgər bir ölkədə vətəndaşın təhlükəsizliyi təmin edilmirsə, onu digər hansı hüquqlarla təmin etmək olar? Prezidentimizin rəhbərliyi ilə istər Vətən müharibəsində, istərsə də antiterror əməliyyatları zamanı ölkəmizdə həm Ermənistan, həm də onun havadarları tərəfindən sosial xarakterli fövqəladə vəziyyət yaratmağa nə qədər cəhd göstərdilərsə, nə qədər terror törətməyə çalışdılarsa, hüquq mühafizə orqanlarımız bunu aradan qaldırdılar”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Azərbaycanı müxtəlif yanğınlarla sınağa çəkməyə çalışdılar: “Bu halda da Fövqəladə Hallar Nazirliyi belə məsələləri aradan qaldırdı. Azərbaycanda terror keçirilməsinə icazə verilmədi. Rusiyadakı hadisələrdən sonra xaricdə oturan bloqerlər, ölkədə oturan bəzi siyasi partiya rəhbərləri, QHT nümayəndələri bu məsələlərdə cəhdlə çalışırlar ki, kaş terror Azərbaycanda da olardı. Terrorun əsas mənbəyi maliyyə, çirkli pullardır. Hesab edirəm ki, Cinayət Məcəlləsindəki müvafiq maddələri daha da kəskinləşdirmək lazımdır. İstər mətbuat, siyasi partiya, QHT, istərsə də hərbçilər olsun əgər mənbəyi məlum olmayan vəsait alırsa, bunun qarşısı dərhal alınıb, mənbəyi araşdırılmalıdır. Çünki o maliyyə ölkədə hər hansı addımların atılmasına istifadə olunacaq. Heç kimə havadan pul vermir, verilən pulların sifarişi də var”.

AzVision.az



Teqlər:





Xəbər lenti