Məşhur qanuni oğru azadlığa çıxdı

Məşhur qanuni oğru azadlığa çıxdı
  29 Mart 2024    Oxunub:673
Postsovet məkanında kriminal aləmin "patriarxı" kimi tanınan Zaxari Kalaşov (Şakro Molodoy kimi tanınır-red.) azadlığa buraxılıb.
AzVision.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb. Qeyd edilir ki, onun azadlığa çıxmasına səbəb "Şakro"da aşkarlanan ağır xəstəlik olub.

Məlumata görə bununla bağlı müvafiq qərarı Krasnodar diyarının Ust-Labinski rayon məhkəməsi veribmiş. Məhkəmə iclası bağlı qapılar arxasında keçirilib.

Kalaşovun vəkili Tengiz Papaskua Gazeta.Ru-ya açıqlamasında deyib ki, məhkəmənin qərarı məhbusun xəstəliyi ilə bağlı tibbi komissiyanın rəyi əsasında qəbul edilib.

Xatırladaq ki, Şakro Molodoy cəzasını Krasnodar diyarında ciddi rejimli koloniyada çəkib. O, 2018-ci ildə Moskvanın Roçdelskaya küçəsində yerləşən “Elements” restoranının sahibini hədə-qorxu gəldiyi üçün 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Kalaşev 2013-cü ildə digər məşhur qanun oğru Ded Xasan (əsl adı Aslan Usoyan-red.) öldürüldükdən sonra Rusiya kriminal aləminin lideri olub.
Tural Tağıyev
AzVision.az



Teqlər: Kriminal-Aləm  





Xəbər lenti