Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

   Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı -    Video
  29 Mart 2024    Oxunub:735
Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb.
Bu barədə Yenisabah.az-a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış alim kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxarılıb. O, dünən əşyaları və əlyazmaları ilə birlikdə küçədə gecələyib.

Alimin 5 mindən artıq kitabının olduğu bildirilir.

Fazil İsmayılov haqqında yayılan xəbərləri təsdiqləyib. Alim üzləşdiyi durumu "faciə" adlandıraraq, bu barədə ətraflı danışmaq istəməyib.

Fazil İsmayılovun kömək üçün Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdiyi bildirilir.



AzVision.az


Teqlər:





Xəbər lenti