Moskva polisi terror aktında şübhəli bilinən daha bir şəxsi axtarır
Daxili İşlər Nazirliyinin Moskva şöbələrinə 22 yaşlı şübhəlinin fotoşəkilləri daxil olub. Bildirilir ki, Şomərdov Moskva yaxınlığındakı Çexov şəhərində yaşayıb və terror aktını törədən Şəmsidin Fəriduni ilə birlikdə Podolskda işləyib.
Xatırladaq ki, martın 22-də Moskvada dörd silahlı şəxs “Piknik” qrupunun konsertindən əvvəl dəhşətli terror aktı törədiblər. Onlar “Krokus”un binasına soxularaq qarşılarına çıxan hər kəsə atəş açdıqdan sonra binanı yandırıblar. Terrorçular avtomobillə qaçsalar da Bryansk vilayətində saxlanılıblar. Faciəvi hadisə nəticəsində 143 nəfər həlak olub, 360 nəfər yaralanıb. 95 nəfər itkin düşmüş hesab olunur.
AzVision.az
Teqlər: