Qəzzada 33 minə yaxın fələstinli öldürülüb

Qəzzada 33 minə yaxın fələstinli öldürülüb
  30 Mart 2024    Oxunub:1595
Ötən ilin oktyabrından bu günə qədər İsrailin Qəzza zolağında hərbi əməliyyatları nəticəsində 32,7 mindən çox fələstinli həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ən azı 75 190 nəfər yaralanıb. Ölənlərdən bəziləri dağıntılar altındadır ki, həkimlər onlara hələ çata bilmir.

Qeyd edək ki, radikal HƏMAS hərəkatının yaraqlılarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə sızmasın, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Fələstin anklavına, Livan və Suriyanın bəzi hissələrinə qarşı qisas əməliyyatına başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti