Diplomatlarımız Moskvada terror qurbanlarının xatirəsini yad ediblər

Diplomatlarımız Moskvada terror qurbanlarının xatirəsini yad ediblər
  30 Mart 2024    Oxunub:1567
Azərbaycanın Rusiyadakı səfirliyinin diplomatları Moskvadakı "Crocus City Hall" yaxınlığında təbii memorialın önünə gül qoyulması mərasimində iştirak ediblər.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiyadakı diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, o cümlədən Azərbaycan səfirliyinin əməkdaşları "Crocus City Hall"un qarşısındakı təbii memorialın önünə gül dəstələri qoyublar.

Martın 22-də 140-dan çox insanın həyatını itirməsi ilə nəticələnən terror aktı qurbanlarının xatirəsini yad edənlər arasında Asiya, Afrika, Avropa, Latın Amerikası, Yaxın Şərq və MDB ölkələrinin də diplomatları var.

AzVision.az


Teqlər: Rusiya   terror-aktı   Azərbaycan   səfirlik  





Xəbər lenti