Ermənistan Azərbaycanla sərhədə qoşun toplayır - VİDEO

 Ermənistan Azərbaycanla sərhədə qoşun toplayır -  VİDEO
  30 Mart 2024    Oxunub:1391
Bu saatlarda Ermənistan-Azərbaycan sərhədinin müxtəlif istiqamətlərində Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli texnikasının intensiv cəmləşməsi qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistandakı mənbələrə istinadən sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, ötən ilin sentyabrından Ermənistan hərbçilərinin belə fəallığı müşahidə olunmayıb.

AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   sərhəd  





Xəbər lenti