Bakıda tiktokerlər qəza keçirdi - Fotolar

   Bakıda tiktokerlər qəza keçirdi -    Fotolar
  31 Mart 2024    Oxunub:874
Bakının Səbail rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində baş verib.

Belə ki, KIA markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək işıqforun qırmızı işığında dayanan eyni markalı maşına çırpılıb.

Toqquşma nəticəsində avtomobildə olan Cəmilə Fərid qızı Əliyeva və Ləman Nəcəf qızı Ələkbərova ağır bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər. Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Qeyd edək ki, C.Əliyeva və L.Ələkbərova “TikTok” sosial şəbəkəsində məşhurlaşıblar.




AzVision.az


Teqlər:





Xəbər lenti