Türkiyədə terrorçularla əlaqəsi olan 50-dən çox şübhəli saxlanılıb

   Türkiyədə terrorçularla əlaqəsi olan    50-dən çox şübhəli saxlanılıb
  31 Mart 2024    Oxunub:1657
Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti qruplaşması ilə əlaqədə şübhəli bilinən 51 nəfəri saxlayıb. Bu barədə Türkiyə daxili işlər naziri Əli Erlikaya məlumat verib.
“Dörd gün ərzində 21 əyalətdə keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 51 nəfər saxlanılıb”,- nazir X sosial şəbəkəsində yazıb.

Nazirin sözlərinə görə, saxlanılanların əksəriyyəti Ankaradadır (on nəfər). Axtarışlar zamanı qrupun fəaliyyətinə aid sənədlər və rəqəmsal media ələ keçirilib.

Qeyd edək ki, il ərzində Türkiyədə İŞİD-in 3 min tərəfdarı olduğu iddia edilən şəxs saxlanılıb. Onlardan 700-ə yaxını həbs edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti