Dağıstanda antiterror əməliyyatı: Saxlanılanlar var

   Dağıstanda antiterror əməliyyatı:    Saxlanılanlar var
  31 Mart 2024    Oxunub:1452
Dağıstanın Mahaçqala və Kaspiysk şəhərlərində keçirilən antiterror əməliyyatı zamanı 3 nəfər saxlanılıb. Bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.
Komitənin məlumatına görə, həmin şəxslər terror törətməyi planlaşdırıblar.

“Mülki əhali və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında isə itki yoxdur. Zəruri əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri davam etdirilir”,-məlumatda bildirilir. Saxlanılan şəxslərdən avtomat silahlar, döyüş sursatları və istifadəyə hazır əldəqayırma partlayıcı qurğu götürülüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti