"Ermənistan tərəfi məzar yerləri barədə məlumatları gizlədir"

   "Ermənistan tərəfi məzar yerləri barədə məlumatları gizlədir"
  31 Mart 2024    Oxunub:1423
Ermənistan tərəfi məzar yerləri barədə məlumatları gizlədir.
Bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, uzun illər ərzində aparılan araşdırmalar nəticəsində Dövlət Komissiyasında kütləvi məzarləqlarla bağlı məlumatlar var: “Onların bir çoxunda artıq qazıntı işləri aparılır. Ancaq proses çox çəkəcək. Bizə mane olan yeganə məqam ondan ibarətdir ki, Ermənistan tərəfi məzar yerləri barədə məlumatları gizlədir”.

E. Səmədov bildirib ki, indiyədək azad edilən ərazilərdə 16 kütləvi məzarlıq müəyyən edilib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, azad edilən ərazilərdə axtarış, ekshumasiya, qazıntı işləri aparılmaqdadır.(Report)

AzVision.az


Teqlər:





Xəbər lenti