Ərdoğan səs verdi - Fotolar+ Video

   Ərdoğan səs verdi -    Fotolar+ Video
  31 Mart 2024    Oxunub:1773
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkilərində səs veriblər.
AzVision.az xəbər verir ki, dövlət başçısı Üsküdar Saffet Çebi orta məktəbində səsvermə hüququndan istifadə edib.

Ərdoğan səs verdikdən sonra jurnalistlərə verdiyi açıqlamada yerli seçkilərin Türkiyə dövləti və xalq üçün yaxşı nəticə verəcəyinə ümid etdiyini bildirib.

"Türkiyədə qısa müddət ərzində ard-arda həm Prezident, həm də yerli özünüidarə orqanlarına seçkilər keçirildi. Təbii ki, qısa vaxt ərzində baş tutan bu iki seçki həm vətəndaşı, həm də bizi yordu. Çünki, böyük bir təşviqat kampaniyası keçirildi. Bu kampaniyanın ardından bu seçkidən dövlətimiz və millətimiz üçün xeyirli nəticələrin çıxacağını düşünürəm".





AzVision.az


Teqlər:





Xəbər lenti