Seçkilərə kral, astronavt geyimində qatıldılar - Fotolar

   Seçkilərə kral, astronavt geyimində qatıldılar -    Fotolar
  31 Mart 2024    Oxunub:1834
Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.
Adanada seçkilərə qatılanlar arasında geyimləri ilə diqqət çəkənlər də var. Bunlardan biri 69 yaşlı Hüseyn Şəndir. Həmişə başına tac qoyan və kral kimi geyinən kişi "Adana kralı" adını alıb. Hüseyn səs verməyə də elə kral geyimində gəlib.

"Adanalı bütün qardaşlarım məni qəbul etdi. Bir kral kimi şəhəri gəzirəm. Məqsədim Adananı könüllü olaraq tanıtmaqdır. Geyimlərim narıncı-ağdır. Bu rənglər Adananın simvoludur".




Şəhərin köhnə adət-ənənələrinə uyğun paltarlar geyinən 63 yaşlı təqaüdçü Şahin Ünal isə mərkəzi Çukurova rayonunun Toros rayonundakı Buhara orta məktəbində səs verib.

"Təsbehim çox diqqət çəkir. Təsbeh mütləqdir, evdən çıxanda vəsiqəmi unuduram, amma təsbehi unutmaram",- Ünal deyib.





Muay Thai üzrə türk milli idmançısı Muhammet Bişgin Düzcedə səs verəcəyi məktəbə öz hazırladığı astronavt kostyumu ilə gəlib.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti