Türkiyədə bələdiyyə seçkiləri başa çatıb

   Türkiyədə bələdiyyə seçkiləri başa çatıb
  31 Mart 2024    Oxunub:2041
Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər başa çatıb.
AzVision.az xəbər verir ki vətəndaşlar ölkənin 30-u böyük şəhər olmaqla, 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibini, həmçinin 50 min 336 kənd və məhəllə muxtarını seçmək üçün səs veriblər.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası da daxil olmaqla, ümumilikdə, 34 siyasi partiya və müstəqil namizədin yarışdığı seçkidə ölkə üzrə 206 min 845 sandıq qurulub. Bu sandıqların 15 mindən çoxu ötən ilin fevral ayında baş verən dağıdıcı zəlzələdən zərər çəkən bölgələrdə açılıb. Sandıqların bəziləri konteynerlərə yerləşdirilib. Buradakı vətəndaşların səsverməyə gəlmələrini asanlaşdırmaq üçün xüsusi avtobuslar ayrılıb. Müəyyən səbəblərdən seçki məntəqələrinə gələ bilməyən vətəndaşlar üçün ünvanlara səyyar qutular göndərilib.

Yaxın saatlarda Türkiyənin Yüksək Seçki Komissiyasının seçkilərlə bağlı ilkin açıqlama verməsi gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti