AMEA-dan on illik monitorinq açıqlaması

AMEA-dan on illik monitorinq açıqlaması
  30 İyun 2014    Oxunub:958
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Sabirə Allahverdiyeva doktorant və dissertantların anket məlumatları əsasında 2003-2013–cü illərdə respublikada elmi kadr hazırlığının monitorinqini təqdim edib.
AzVision.az xəbər verir ki, on ildə ümumilikdə 12 min 557 doktorant və dissertant qeydə alınıb.

Doktorant və dissertantların illər üzrə paylanması cədvəlindən məlum olub ki, onların sayının ən çox olduğu il 2007 (1554), ən az olduğu il isə 2011-ci ildir (548). Doktorant və dissertantların cinsi tərkibinə görə sayına gəldikdə isə, müraciət edənlərin 6 min 793-ü kişi, 5 min 764-ü isə qadın olub.

Doktorant və dissertantların elm sahələri üzrə paylanması cədvəlində isə ilk 3-lüyü iqtisad, filologiya və texniki elmlər tutur.

Məlumatda doktorant və dissertantların AMEA və digər elm, təhsil müəssisələri üzrə paylanması, onların sayına görə ilk onluqda yer alan elmi müəsissələr və s. barədə statistik göstəricilər də yer alıb.



Teqlər:





Xəbər lenti