Almaniyada çətənə leqallaşdırıldı

   Almaniyada çətənə leqallaşdırıldı
  01 Aprel 2024    Oxunub:1855
Almaniyada çətənə bitkisinin saxlanması və becərilməsi ilə bağlı qanun qüvvəyə minib.
Yeni qaydalara əsasən, Almaniyada yaşı 18-dən yuxarı olan sakinlərə küçədə öz istifadələri üçün 25 qramdan çox olmayan çətənə saxlamaq icazəsi verilir. Evdə sizə üçdən çox çətənə kolu yetişdirməyə və ya öz ehtiyaclarınız üçün maksimum 50 q çətənə saxlamağa icazə verilir. Artıq bitki qadağan olunmuş maddələr siyahısından çıxarılıb.

Siz artıq ictimai yerlərdə çətənə çəkə bilərsiniz, lakin gündüzlər uşaqların, yeniyetmələrin yanında, o cümlədən uşaq bağçalarının, məktəblərin, uşaq və idman meydançalarının yaxınlığında, piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş yerlərdə çəkmək qadağandır.

İyul ayından etibarən leqallaşdırmanın ikinci mərhələsi qüvvəyə minəcək. Belə ki, dövlətin nəzarətində və ciddi şərtlər altında çətənə yetişdiriləcək və narkotik müəyyən təşkilatların üzvləri tərəfindən paylanılacaq. Eyni zamanda, qanun çətənə asılılığının qarşısının alınması üçün tədbirləri nəzərdə tutur.

AzVision.az


Teqlər:





Xəbər lenti