Zakaryan sərsəmlədi: "Revanş olacaq"

Zakaryan sərsəmlədi:    "Revanş olacaq"
  01 Aprel 2024    Oxunub:4598
Ermənistanda revanşist qüvvələr yenidən fəallaşıblar. Xristianların pasxa bayramı ilə əlaqədar açıqlamalar verən bəzi radikal siyasətçilər tezliklə Azərbaycanın Qarabağ bölgəsində yerləşən kilsələrində şam yandıracaqlarını söyləyirlər.
Məsələn, Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan "Mamul" nəşrinə açıqlamasında Azərbaycanın Xudavəng monastrını “Dadivank" adlandıraraq digər kilsələrimizlə bağlı sərsəm bəyənatlar səsləndirib.

“Ermənilər yüz ildə belə zərbə görməmişdi” - Artak Zakaryan
"Dadivank" 1993-cü ildə azərbaycanlılardan alınmışdı. Bu, martın 31-də yüzlərlə döyüşçünün həyatı bahasına başa gəldi. 27 il ərzində bir çox ermənilərin səyi ilə bərpa edilərək yenidən müqəddəsləşdirildi və populyarlaşdı. Sonradan, yəni 2020-ci ildə de-fakto düşmənə təslim edildi. Bu, 9 və 25 noyabr tarixlərində bir qrup xainin siyasi dəstəyi ilə reallaşdı. "Dadivank", Gəncəsər, Amaras, Qazançı və digər başqa kilsələrində bir gün erməni zəngləri çalınacaq. Bu, bir daha Qarabağa xristianlığın qayıdışından xəbər verəcək. Bütün satqınların cəzası və lənəti kimi qisas hələ də olacaq. Onsuz da revanş və qisas olacaq. Bu, bütün satqınların cəzası kimi baş tutacaq”.

AzVision.az



Teqlər:   Kilsə   Ermənistan  





Xəbər lenti