Tayvanda qalmaqal: Nazir oğlunun əxlaqsızlığına görə üzr istədi

   Tayvanda qalmaqal:    Nazir oğlunun əxlaqsızlığına görə üzr istədi
  01 Aprel 2024    Oxunub:961
Tayvanın müdafiə naziri Çyu Qoçjen oğlu ilə bağlı yaranmış qalmaqala görə üzr istəyib.
Bu barədə xarici KIV məlumat yayıb.
O qeyd edib ki, bu qalmaqallı hadisədə oğluna kömək etməyəcək. Nazir övladına həqiqəti deməyi, istintaqla əməkdaşlıq etməyi tövsiyə edib. “Hərçənd mənim üçün çox ağrılı olsa da, bu oğluma bu yanğını söndürməyə kömək etməyəcəyəm, buna dözmək lazımdır”, - sayt Qoçjenin sözlərindən sitat gətirib.

Xatırladaq ki, cümə axşamı Tayvanın "Yiçuanmei" informasiya portalı müdafiə nazirinin Milli Təhlükəsizlik Xidmətində işləyən oğlunun fahişələrin xidmətindən yararlandığını və pornoqrafik materiallar hazırladığını bildirib. Nəşr hətta yayılan bu məlumatları təsdiqləyən videoların olduğunu da yazıb.
AzVision.az



Teqlər:





Xəbər lenti