Əfsanəvi valinin oğlu bələdiyyə sədri seçildi

 Əfsanəvi valinin oğlu bələdiyyə sədri seçildi
  01 Aprel 2024    Oxunub:954
MHP-nin əfsanəvi valisi Rəcəb Yazıcıoğlunun oğlu Mehmet Kamal Yazıcıoğlu Tokat bələdiyyəsinin sədri seçilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, M. Kamal ilk MHP-li namizəddir ki, sədr seçilir.

Məlumata görə, Tokatda qutuların 100-də 80-dən çoxu açılıb. Yazıcıoğlu isə səslərin 100-də 50-dən çoxunu toplayaraq birincilik qazanıb.

"Atam arxamda gördüyünüz hökumət binasında valilik etdi. Onun qarşısındakı binada isə mən Tokat Bələdiyyəsində xidmət edəcəyəm. Çox sağ olun, əziz həmvətənlərim”, M. Kamal xalqa müraciətində deyib.




Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti