Oyunun əsas hissəsində qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda da qapılara top vurulmayıb. Qalib penalti seriyasında müəyyənləşib. On bir metrlik zərbələri dəqiq yerinə yetirən Kosta-Rika millisi 5:3 hesabı ilə qalib gəlib və dörddəbir finala yüksəlib.
Növbəti mərhələdə Kosta-Rika millisi Hollandiya yığması ilə qarşılaşacaq. Matş iyulun 5-də keçiriləcək.