Alp dağlarında itkin düşən uşağın qalıqları tapılıb - FOTO/VİDEO

   Alp dağlarında itkin düşən uşağın qalıqları tapılıb -    FOTO/VİDEO
  01 Aprel 2024    Oxunub:810
Ötən il iyulun 8-də Alp dağlarının Fransaya düşən hissəsində, ucqar Le Verne kəndi yaxınlığında itkin düşmüş Emil Soley adlı 2 yaş yarımlıq uşağın qalıqları aşkarlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Eks-an-Provans kommunasının prokuroru Jan-Lük Blaşon məlumat yayıb. O bildirib ki, hadisə ilə bağlı cinayət işi açılıb və hazırda Fransa polisi həmin vaxt nənə və babasının yanına tətilə gəlmiş uşağın necə öldüyü ilə bağlı təhqiqat həyata keçirir.

Uşağın ailəsinin vəkili Jerom Triumf da onların adından bəyanat yayaraq, mətbuatı ana-atanın kədərinə hörmət göstərməyə çağırıb.

İyulda uşağın qəflətən yoxa çıxması həmin günlərdə bütün ölkəni dəhşətə gətirmiş, havadan və qurudan kütləvi axtarışlar aparılsa da, o tapılmamışdı.

Bu gün isə sözügedən ərazidə gəzintiyə çıxmış bir nəfər uşağın sonuncu dəfə iki qonşu tərəfindən görüldüyü yerdən təqribən 1 kilometr aralıda kəllə sümüyü tapıb və beləliklə, axtarışlar yenidən başladılıb. Aşkarlanan sümüklərin itmiş uşağa aidliyi təsdiqlənib.

Fransa Jandarmeriyasının sözçüsü Mari-Lor Pezonun sözlərinə görə, ehtimal ki, uşağın qalıqları oraya kimsə və ya hansısa heyvan tərəfindən aparılıb, yaxud bu, hava şəraiti nəticəsində baş verib.

Kəndin bələdiyyə sədri Fransua Balik xanım sözçünün dediklərinin məntiqi davamı kimi:

"Emil heç vaxt onu tapdıqları yerə tək getməzdi" , - söyləyib. O həmçinin kəndin qonaqlara bağlandığını bildirib.

Məlumata görə, Emil Soley itkin düşdüyü gün sarı köynək, ağ şort və idman ayaqqabısı geyinmişdi.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: Fransa   Alp-dağları   itkin-uşaq  





Xəbər lenti