Suriya XİN rəhbəri Dəməşqə hücumu pisləyib

   Suriya XİN rəhbəri Dəməşqə hücumu pisləyib
  01 Aprel 2024    Oxunub:885
Suriyanın xarici işlər naziri Feysəl Miqdad İsrail Hərbi Hava Qüvvələrinin paytaxt Dəməşqdə yerləşən İran konsulluğuna zərbə endirməsini pisləyib.
AzVision.az xəbər verir ki, bu barədə Suriyanın dövlət xəbər agentliyi nazirin bəyanatına istinadən məlumat yayıb.

"İsrailin Dəməşqdə İran konsulluğuna, habelə səfirin iqamətgahına hücumunu qətiyyətlə pisləyirik. Hücum nəticəsində bir neçə günahsız insan həyatını itirib", - nazir bildirib.
SEPAH zabiti öldürüldü

Yeri gəlmişkən, sözügedən hücumda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli zabiti, Qüds Qüvvələrinin komandiri Məhəmməd Rza Zahidi də öldürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Suriya   İran   İsrail  





Xəbər lenti